12:28 16-04-2013
news_image
1255
DİGƏR NÖVLƏR

“Bu səviyyədə yürüş Azərbaycanın imicini qaldırır” - MÜSAHİBƏ

“Astana” klubunun meneceri Aleksandr Vinokurov Tour d’Azerbaidjan-ın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, qazaxıstanlı olimpiya çempionu velosiped idmanından, şəxsi karyerasından, dopinqdən və Bakıda keçiriləcək yürüşdən danışıb.

- İstənilən idmançı karyerasını uğurla başa vurmaq istəyir. Belə olmasaydı, 38 yaşınızın olmasına baxmayaraq idmandan getməklə bağlı qərarınızı dəyişərdiz?
- Açığı, bu haqda heç düşünməmişəm. Yəqin ki, bu qələbəni bütün əməyimlə qazanmışam. Görünür, yuxarıdan belə nəzərdə tutulubmuş. Mən “Tur de Frans - 2011”də aldığım ağır zədəni sağaltdıqdan böyük idmana qayıtdım. Halbuki, mənim yoldaşlarım və yaxınlarım deyirdi ki, bu nəyinə lazımdır? Axı hamıya hər şeyi sübut etmisən. Ancaq istənilən halda, sona kimi mübarizə apardım. Həyat yoldaşım isə Allaha dua edirdi ki, mən olimpiadada “üçlük”də olum və karyeramı belə bitirim.

- Hazırda nə işlə məşğulsunuz? Belə təəssüratınız varmı ki, hələ bir neçə il də yaxşı səviyyədə çıxış edə bilərdiz...
- İndi mən “Astana” komandasının baş meneceriyəm. Buna görə də velosiped idmanı üçün darıxmıram. Karyeramı pikdə başa vurdum.

- Karyeranızda həddən artıq qələbələr olub. 2012-ci ildə Londondakı qızılı əhəmiyyətinə görə Vuelta-2006 ilə müqayisə etmək olar?
- Bunlar 2 fərqli qələbələrdir. Olimpiadada ölkən üçün çıxış edirsən. Bu dördüncü Olimpiya Oyunlarım və Sidneydən sonra ikinci medalım idi. Vuelta isə çoxgünlük yarış idi. Bu Qran-pridə yeganə qələbəmdir. Hər ikisi mənim üçün eyni dərəcədə əhəmiyyətlidir.

- İndi hamı Lens Armstronqla qalmaqaldan danışır. Siz də vaxtilə diskvalifikasiya olunmusuz. Necə hesab edirsiz, bizim vaxtımızda böyük idman farmakologiya sahəsində yeni texnologiyanın qəbulu olmadan mümkündür?
- Velosiped idmanı son 10 ildə dopinqlə aktiv mübarizə aparır. Bununla bağlı çoxlu proqramlar var və onların nəticələri həqiqətən görünür. 1998-ci ildə mən karyeramı başlayanda velosiped idmanı ən yaxşı nəticələrin əldə edilməsi farmakologiya ilə mübarizədə çox irəli getdi. İndi velosiped komandaları, UCİ və VADA təmiz nəticələr uğrunda mübarizə aparır. “Astana”da da dopinqin əleyhinə siyasət yürüdülür. Dopinqlə qalmaqallı qərarlar sponsorları qorxudur və velosiped idmanının nüfuzunu aşağı salır. Armstronqla bağlı olay bütün velosiped idmanı üçün zərbədir. Ancaq idman qələbəsiz və məğlubiyyətsiz mümkün deyil.

- Siz Tour d’Azerbaidjan-a dəvəti hansı əhval-ruhiyyədə qəbul etdiniz? Sizcə bu yürüşün gələcəyi necədir?
- Mən bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim. 2 günlük gəlməyim alınsa, bu gözəl ölkəyə baş çəkməyə çox şad olacağam. Mən Azərbaycanda heç vaxt olmamışam. Bu ölkəni yalnız televizorda görmüşəm. Tour d’Azerbaidjan yaxşı startdır. Belə səviyyədə yürüş həm də ölkənin imicini qaldırır. Orada velosiped idmanın inkişafı üçün bütün imkanlar var. Qazaxıstanda belə yürüşlər indi yaranır. Mən öz tərəfimdən məmnuniyyətlə faydalı məsləhətlə kömək olacağam.

- “Synergy Baku Сycling Project” barədə nə fikirləşirsiz? Bu komanda vaxt getdikcə, “Astana”nın uğurunu təkrarlamaq yaxud keçməyi bacaracaqmı?
- Əsas odur ki, komandanın düzgün siyasəti var. Menecment lazımdır ki, strukturu daxildən bilsin. Əgər imkanlar və maliyyə vəsaiti varsa, ölkəyə qələbə gətirəcək layiqli velosipedçilər qoyulursa, bu, realdır.

- Siz velosiped idmanında ən gözlənilməz idmançılardan biri idiz. Bəs həyatda da təəccübləndirməyi sevirsiz?
- Həqiqətən. Hərdən heç kimin gözləmədiyi sürprizlər edə bilərəm. Mənim həyatım belədir.