13:36 17-04-2013
news_image

“Böyük Dəbilqə”: 16 ölkə Bakıya gəlir

Mayın 4-də və 5-də Bakıda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək ölkələrin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, reytinq xarakterli yarışa 16 yığmanın gələcəyi dəqiqləşib.

Belə ki, artıq ərizə qəbulu başa çatan “Böyük Dəbilqə”də Braziliya, Rusiya, Fransa, İsveç, Finlandiya, Böyük Britaniya, Kolumbiya, BƏƏ, Türkiyə, Qazaxıstan, Çexiya, Almaniya, ABŞ, Kanada və Gürcüstan iştiraklarını təsdiqləyiblər. Yarışda Azərbaycan millisi də geniş heyətlə mübarizə aparacaq.

Qeyd edək ki, turnir “Sərhədçi” Olimpiya Mərkəzində təşkil olunacaq. Yarışın ümumu mükafat fondu 150 min ABŞ dollarıdır.