14:05 17-04-2013
news_image

Azərbaycan yığmasında dəyişiklik

Aprelin 25-28-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycan yığması yalnız kişilərin yarışında təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu az öncə açıqlanan siyahıda dəyişiklik edib.

Belə ki, ilkin olaraq yarışa Ayişə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq) və Kifayət Qasımovanın aparılacağı bildirilsə də, son anda onların Azərbaycanda qalmalarına qərar verilib. Buna səbəb xanım cüdoçularımızın Avropa çempionatından 1 həftə sonra Bakıda olacaq “Böyük Dəbilqə”də iştiraklarının vacib sayılmasıdır.

Nəticədə Peter Zayzenbaher Budapeştdə Vüqar Şirinli (60 kq), Nicat Şixəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Səfquliyev (81 kq), Şəhməd Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq) və Emil Tahirova (+100 kq) şans verəcək.