23:03 18-04-2013
news_image
1437
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov heç-heçə etdi, Rəcəbov uduzdu - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edir.

Qrossmeysterlərimiz İsveçrənin Zuq şəhərində baş tutan turnirin ilk turunda Ukrayna və İtaliya şahmatçıları ilə qarşılaşıblar. Məmmədyarov ağ fiqurlarla Ruslan Ponomaryovla, Rəcəbov qara fiqurlarla Fabiano Karuana ilə zəkasını yoxlayıb.

Qarşılaşmada Şəhriyar rəqibi ilə heç-heçə edib. Məmmədyarovdan fərqli olaraq Teymur isə italiyalı şahmatçıya məğlub olub.

Digər görüşlərdə isə Sergey Karyakin Hikaru Nakamurayla, Aniş Qiri Veselin Topalovla və Peter Leko Qata Kamski ilə xalları yarı bölüb. Rüstəm Qasımcanov isə Aleksandr Morozoviçə uduzub.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.


I tur
18 aprel


Aleksandr Morozoviç (2758, Rusiya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan) - 1:0
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Ruslan Ponomaryov (2733, Ukrayna) - 0,5:0,5
Fabiano Karuana (2772, İtaliya) – Teymur Rəcəbov (2793, Azərbaycan) - 1:0
Sergey Karyakin (2786, Rusiya) - Hikaru Nakamura (2767, ABŞ) - 0,5:0,5
Aniş Qiri (2727, Hollandiya) - Veselin Topalov (2771, Bolqarıstan) - 0,5:0,5
Peter Leko (2744, Macarıstan) - Qata Kamski (2741, ABŞ) - 0,5:0,5

Xal durumu: Karuana – 1, Morozoviç – 1, Qiri, Topalov, Leko, Kamski, Məmmədyarov, Ponomaryov, Karyakin, Nakamura – 0,5, Rəcəbov, Qasımcanov – 0.