08:44 19-04-2013
news_image
635
DİGƏR NÖVLƏR

AİPS Bakıda qurultay keçirəcək

Rusiyada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.

Hüseynzadə çıxışında Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.

Günün sonunda konqresin yekununa həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresini Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.