13:17 19-04-2013
news_image

İlk gündə medal olmadı

Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşadək taekvondoçu oğlan və qızlar arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının 3 üzvü gücünü yoxlayıb.

Lakin onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib. Belə ki, Ceyhun Həsənli (87 kq), Aydın Bəhməlov (+87 kq) və Marina Tedeyeva (73 kq) uduzaraq, mübarizəni vaxtından əvvəl dayandırıblar.

Yarışın ikinci günündə isə daha 4 taekvondoçumuz qüvvəsini sınayacaq. Səid Quliyev (74 kq) Kristian Dmitrovla (Bolqarıstan), Ramin Abdullayev (80 kq) Miçel Fernandeslə (Portuqaliya), Aytən Səmədli (62 kq) Anna Qorqulkayla (Ukrayna) və Fəridə Əzizova (67 kq) Kim Reacqla (Hollandiya) üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız səfərə 14 taekvondoçu ilə yollanıb. Komandamızın üzvlərindən 3-ü sabah, son 4-ü aprelin 21-də mübarizəyə qoşulacaq.