23:51 19-04-2013
news_image
1091
DÖYÜŞ NÖVLƏRİ

Fəridə Əzizova Avropa çempionu!

Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşadək taekvondoçu oğlan və qızlar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın növbəti günündə Fəridə Əzizova qızıl medal qazanıb.

İdmançımız ilk döyüşdə hollandiyalı Reak Kimi 7:3 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Əzizova növbəti rəqibinə - Lis Katarjinaya da şans verməyib – 9:4. Yarımfinalda isə idmançımız italiyalı Ritselli Kristianı 1:0 hesabı ilə üstələyərək, adını finala yazdırıb.

Həlledici görüşdə isə Fəridə fransalı taekvondoçu Niare Abini 4:1 hesabı ilə yenərək, çempion olub.

Qeyd edək ki, Fəridə Əzizova ötən il Misirdə gənclər arasında keçirilmiş dünya çempionatında da birinci olmuşdu.