22:30 20-04-2013
news_image
1275
STOLÜSTÜ OYUNLAR

Rəcəbov və Məmmədyarov yenə heç-heçə etdi - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın III günündə Teymur Rəcəbov ilə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıb.

Qrossmeysterlərimiz özbəkistanlı və hollandiyalı şahmatçılarla qarşılaşıb. Belə ki, Məmmədyarov Rüstəm Qasımcanovla, Rəcəbov isə Aniş Qiri ilə münasibətlərinə aydınlıq gətirib.

Təmsilçilərimiz bu dəfə də heç-heçəyə razılaşıb.

Digər görüşlərdə isə Fabiano Karuana ilə Aleksandr Morozoviç, Sergey Karyakinlə Ruslan Ponomaryov, Peter Leko ilə Hikaru Nakamura və Qata Kamski ilə Veselin Topalov da xalları yarı bölüblər.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.


III tur
20 aprel


Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Rüstəm Qasımcanov (2709, Özbəkistan) - 0,5:0,5
Fabiano Karuana (2772, İtaliya) - Aleksandr Morozoviç (2758, Rusiya)
Sergey Karyakin (2786, Rusiya) - Ruslan Ponomaryov (2733, Ukrayna) - 0,5:0,5
Aniş Qiri (2727, Hollandiya) - Teymur Rəcəbov (2793, Azərbaycan) - 0,5:0,5
Peter Leko (2744, Macarıstan) - Hikaru Nakamura (2767, ABŞ) - 0,5:0,5
Qata Kamski (2741, ABŞ) - Veselin Topalov (2771, Bolqarıstan) - 0,5:0,5

Xal durumu: Morozoviç, Topalov, Ponomaryov – 2, Qiri, Məmmədyarov, Qasımcanov, Nakamura, Karyakin, Karuana – 1, 5, Rəcəbov, Leko, Kamski – 1.