11:24 20-04-2013
news_image
1112
DİGƏR NÖVLƏR

“Tour d‘Azerbaidjan”a kimlər gəlir?

İran, Avstraliya, İspaniya, Belarus, Moldova və Litva yığmaları Tour d‘Azerbaidjan veloyarışında çıxış edəcəklər. Apasport..az saytının yarışın saytına istinadən xəbərinə görə, onların mübarizə aparmalı olduqları 17 komanda arasında Astana, Vorarlberg, Leopard-Trek və Rabobank kimi komandalar var.

Azərbaycanın Synergy Baku Cycling komandasının meneceri olan Devid MakKueyd etiraf edib ki, milli yığmalardan bir çoxu sınaq tərkiblərə malik olsalar belə, podiumda yer uğrunda mübarizə aparmağa qadirdirlər: “Layiqli rəqiblər təkcə turda iştirak edəcək qitə komandaları deyil. Məsələn, Avstraliya yığması olduqca ciddi rəqibdir. Digər milli komandalar da çox güclüdürlər”.

Xatırladaq ki, veloyarışın təntənəli açılış mərasimi və iştirakçıların təqdimatı aprelin 30-da Bakıda baş tutacaq. Növbəti gün – mayın 1-də Tour d‘Azerbaïdjan-ın birinci mərhələsi start götürəcək.