22:00 21-04-2013
news_image
1163
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov ilə Rəcəbov növbəti dəfə də heç-heçəyə razılaşdı - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın IV günündə Şəhriyar Məmmədyarov ilə Teymur Rəcəbov növbəti sınaq qarşısında olublar.

Qrossmeysterlərimiz italiyalı və macarıstanlı şahmatçılarla üz-üzə gəliblər. Belə ki, Məmmədyarov Fabiano Karuananın, Rəcəbov isə Peter Lekonun zəkasını yoxlayıb.

Ötən gün digər rəqibləri ilə heç-heçə edən təmsilçilərimiz bu dəfə də sülh bağlayıb.

Digər görüşlərdə də Aleksandr Morozoviçlə Sergey Karyakin, Ruslan Ponomaryovla Aniş Qiri, Rüstəm Qasımcanovla Veselin Topalov və Hikaru Nakamura ilə Qata Kamski heç-heçə edib.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.


IV tur
21 aprel


Aleksandr Morozoviç (2758, Rusiya) - Sergey Karyakin (2786, Rusiya)
Ruslan Ponomaryov (2733, Ukrayna) - Aniş Qiri (2727, Hollandiya)
Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Veselin Topalov (2771, Bolqarıstan)
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Fabiano Karuana (2772, İtaliya)
Hikaru Nakamura (2767, ABŞ) - Sergey Karyakin (2786, Rusiya)
Teymur Rəcəbov (2793, Azərbaycan) - Peter Leko (2744, Macarıstan)

Xal durumu: Ponomaryov, Topalov, Morozoviç – 2,5, Qiri, Məmmədyarov, Karuana, Qasımcanov, Karyakin, Nakamura – 2, Rəcəbov, Leko, Kamski – 1,5.