08:56 22-04-2013
news_image

Qızıl xalla gələn qızıl

Moldovanın paytaxtı Kişinyovda taekvondo üzrə 16-21 yaşadək oğlan və qızlar arasında keçirilən Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, birinciliyin sonuncu günü Azərbaycan yığması daha 1 qızıl medal qazanıb.

Belə ki, London Olimpiadasının iştirakçısı Fəridə Əzizovanın (67 kq) ardından Hüseyn Mehralıyev (68 kg) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Türkiyə idmançısı Akyol Berkayla görüşüb. 9:9 hesablı bərabərlikdən sonra cütlüyün taleyini qızıl xal həll edib. Nəticədə idmançımız qızıl xalla qalib gələrək, Avropa çempionu olub.