16:20 22-04-2013
news_image
1172
DÖYÜŞ NÖVLƏRİ

Güləş Federasiyası baş məşqçi problemini həll etdi

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi Saypulla Absaidov rəsmən istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Güləş Federasiyası 2009-cu ildən yığmamızı çalışdıran dağıstanlı olimpiya çempionunun işinə xitam verib.

Baş məşqçi vəzifəsi müvəqqəti olaraq federasiyanın vitse-prezidenti Maqomed Əliömərova tapşırılıb. Gürcüstanlı David Xursiya və bolqarıstanlı Semyon Şerev isə Əliömərovun yeni köməkçiləri olacaq. Həmçinin, millinin böyük məşqçisi Firdovsi Umudov da məşqçilər korpusunda öz vəzifəsini icra edəcək.

Federasiya Absaidovla birdəfəlik uzaqlaşmayıb. O, komandamızda baş məsləhətçi işləyəcək.

Qeyd edək ki, dağıstanlı çalışdırıcı Gürcüstanda keçirilmiş son Avropa çempionatından sonra istefaya göndəriləcəyi gözlənilirdi.