22:35 23-04-2013
news_image
1856
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov ilə Rəcəbov yenə məğlub oldu - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın V günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıblar.

Qrossmeysterlərimiz rusiyalı və amerikalı şahmatçılarla qarşılaşıblar. Belə ki, Məmmədyarov Sergey Karyakinlə, Rəcəbov isə Qata Kamski ilə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada yenə təmsilçilərimiz məğlub olub.

Digər görüşlərdə isə Fabiano Karuana Rüstəm Qasımcanovu, Veselin Topalov Hikaru Nakamuranı üstələyib. Aniş Qiri ilə Aleksandr Morozoviç, Peter Leko ilə Ruslan Ponomaryov isə heç-heçə edib.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

V tur
23 aprel


Fabiano Karuana (2772, İtaliya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan)
Sergey Karyakin (2786, Rusiya) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan)
Aniş Qiri (2727, Hollandiya) - Aleksandr Morozoviç (2758, Rusiya)
Peter Leko (2744, Macarıstan) - Ruslan Ponomaryov (2733, Ukrayna)
Qata Kamski (2741, ABŞ) - Teymur Rəcəbov (2793, Azərbaycan)
Veselin Topalov (2771, Bolqarıstan) - Hikaru Nakamura (2767, ABŞ)

Xal durumu: Morozoviç, Topalov – 3,5, Karyakin, Ponomaryov, Karuana – 3, Kamski – 2,5, Qiri, Məmmədyarov, Qasımcanov, Nakamura, Leko – 2, Rəcəbov, 1,5.