09:58 23-04-2013
news_image
772
DİGƏR NÖVLƏR

Yenə Olimpiya çempionumuz fərqləndi

Birləşmiş Ərəb Əmirliyinin Əl-Ayn şəhərində start götürən stend atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 8 idmançı ilə qatılan Azərbaycan millisi hələ medal qazana bilməyib.

Belə ki, təmsilçilərimizdən 5-i artıq çıxışlarını başa vurublar. Onlardan ən yaxşı nəticəni Olimpiya çempionumuz Zemfira Meftahəddinova göstərib. Lakin o da finala yüksələ bilməyib və təsnifat mərhələsində 71 xalla 10-cu yeri tutub. Meftahəddinovanın qızı Regina isə anasından 6 xal az toplayaraq, 65-ci olub.

Trap növündə sərrastlığını yoxlayan Elvin İsmayılov (73), Əli Hüseynli (74) və Əlimirzə Quliyev (78) “yetmişlik”dən belə kənar düşüblər. Onlar müvafiq olaraq. 73-cü, 74-cü və 78-ci pilləni tutublar.

Qeyd edək ki, yarışda skit növündə mübarizə aparan Emin Cəfərov, Niyaz Ağazədə və Fuad Qurbanov hələ çıxışlarını davam edirlər.