11:24 23-04-2013
news_image
1456
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycan Güləş Federasiyası məni istəyir”

Sərbəst güləş üzrə Azərbaycan millisinin yeni məşqçisi Semyon Şerev keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı mütəxəssis vətənində verdiyi açıqlamasında hələ rəsmi müqaviləyə imza atmadığını deyib.

Onun sözlərinə görə, yekun danışıq üçün Azərbaycana gəlməlidir: “Mən hələ müqaviləyə imza atmamışam. Lakin bilirəm ki, Azərbaycan Güləş Federasiyası məni məşqçi kimi millidə görmək istəyir. Mən onlarla hələ danışıq aparmamam. Ola bilər ki, bugünlərdə danışıq üçün Azərbaycana gedim. Bir sözlə, hələ harada çalışacağımla bağlı yekun qərar verməmişəm”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası bir gün öncə Şerevin yığmamızda çalışacağını rəsmən açıqlayıb.