22:04 24-04-2013
news_image
1375
STOLÜSTÜ OYUNLAR

Rəcəbov ilə Məmmədyarov bu dəfə heç-heçəyə razılaşdı - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın VI günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti sınaq qarşısında olublar.

Qrossmeysterlərimiz bolqarıstanlı və hollandiyalı şahmatçılarla münasibətlərinə aydınlıq gətirib. Belə ki, Rəcəbov Veselin Topalovla, Məmmədyarov isə Aniş Qiri ilə üz-üzə gəlib.

Ötən gün məğlubiyyətlə üzləşən təmsilçilərimiz bu dəfə heç-heçə edib.

Digər görüşlərdə isə Rüstəm Qasımcanov Hikaru Nakamuraya, Qata Kamski Ruslan Ponomaryova uduzub. Aleksandr Morozoviç ilə Peter Leko və Fabiano Karuana ilə Sergey Karyakin xalları yarı bölüb.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

VI tur
24 aprel


Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Hikaru Nakamura (2767, ABŞ) – 0:1
Teymur Rəcəbov (2793, Azərbaycan) - Veselin Topalov (2771, Bolqarıstan) – 0,5:0,5
Ruslan Ponomaryov (2733, Ukrayna) - Qata Kamski (2741, ABŞ) – 1:0
Aleksandr Morozoviç (2758, Rusiya) - Peter Leko (2744, Macarıstan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Aniş Qiri (2727, Hollandiya) - 0,5:0,5
Fabiano Karuana (2772, İtaliya) - Sergey Karyakin (2786, Rusiya) - 0,5:0,5

Xal durumu: Topalov, Morozoviç, Ponomaryov – 4, Karyakin, Karuana – 3,5, Nakamura – 3, Qiri, Kamski, Məmmədyarov, Leko - 2,5, Qasımcanov, Rəcəbov – 2.