13:14 24-04-2013
news_image

Taekvondoçularımız Türkiyədən 6 medalla qayıdır

Türkiyənin Konya şəhərində 23 ölkədən 290 idmançının iştirak etdiyi beynəlxalq Rumi Uşaq İdman Oyunları başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Gənclik Spor Genel Müdürlüyü və Konya Valiliyinin dəstəyi ilə müxtəlif idman növləri üzrə keçirilən turnir taekvondoçularımız ücün uğurlu alınıb.

Belə ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət Azərbaycan millisi 6 medala sahib olub. Yarışa 10 idmançı ilə yollanan komandamızın üzvlərindən Nicat Əsgərli (57 kq) rəqiblərinə qalib gələrək, fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Digər taekvondoçulardan Umud Məmmədov (33 kq) gümüş, Əli İsazadə (37 kq), Nərgiz Mirzəyeva (33 kq), Şəms İsayeva (47 kq) və Cəvarət Dövlətova (44 kq) isə yarışı bürünc medalla başa vurublar.