15:55 24-04-2013
news_image
856
DİGƏR NÖVLƏR

Bizə medal düşmədi

Azərbaycanın stend atıcılığı üzrə milli komandası Birləşmiş Ərəb Əmirliyinin Əl-Ayn şəhərində keçirilən Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarışda medal ümidimiz olan son 3 idmançı da mükafatçılar sırasına düşə bilməyib.

Belə ki, skit növündə hədəf önünə keçən Emin Cəfərov, Fuad Qurbanov və Niyaz Ağazədənin gülləsi “boşa” çıxıb. Onlar müvafiq olaraq, 21-ci (121 xal), 63-cü (115) və 76-cı (105) yerləri tutublar.

Qeyd edək ki, Hafiz Cəfərovun yetirmələrindən daha öncə Zemfira və Regina Meftahətdinovalar (skit), Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov (hər üçü trap) uğursuz çıxış etmişdilər.