22:20 26-04-2013
news_image
1403
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Məmmədyarov yenə sülh bağladı - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın VIII günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti sınaq qarşısında olublar.

Qrossmeysterlərimiz özbəkistanlı və amerikalı şahmatçılarla görüşüb. Belə ki, Rəcəbov Rüstəm Qasımcanovla, Məmmədyarov isə Qata Kamski ilə üz-üzə gəlib.

Ötən gün heç-heçə edən təmsilçilərimiz bu dəfə də sülh bağlayıb.

Digər görüşlərdə isə turnir cədvəlinin lideri Veselin Topalov Aleksandr Morozoviçi məğlub edib. Ruslan Ponomaryovla Hikaru Nakamura, Fabiano Karuanayla Peter Leko və Sergey Karyaklə Aniş Qiri isə xalları yarı bölüb.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.


VIII tur
26 aprel


Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Teymur Rəcəbov (2793, Azərbaycan) - 0,5:0,5
Ruslan Ponomaryov (2733, Ukrayna) - Hikaru Nakamura (2767, ABŞ) - 0,5:0,5
Aleksandr Morozoviç (2758, Rusiya) - Veselin Topalov (2771, Bolqarıstan) - 0:1
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Qata Kamski (2741, ABŞ) - 0,5:0,5
Fabiano Karuana (2772, İtaliya) - Peter Leko (2744, Macarıstan) - 0,5:0,5
Sergey Karyakin (2786, Rusiya) - Aniş Qiri (2727, Hollandiya) – 0,5:0,5

Xal durumu: Topalov – 5,5, Ponomaryov – 5, Karyakin, Karuana – 4,5, Kamski, Nakamura, Morozoviç – 4, Qiri, Məmmədyarov, Leko – 3,5, Qasımcanov, Rəcəbov – 3.