15:36 26-04-2013
news_image
1849
DÖYÜŞ NÖVLƏRİ

Cüdoçularımız ipponda - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışının ikinci günündə mübarizəyə daha 2 cüdoçumuz qoşulub. Lakin onlar uğursuzluğa düçar olaraq ¼ finala qədər çıxışını dayandırıb.

73 kq
Bu çəkidə yığmamızın üzvü Hüseyn Rəhimli təsnifat mərhələsindən azad idi. O, 1/16 finalda mübarizəyə başlayıb. Lakin rusiyalı Murat Kozdokovla güləşən təmsilçimiz elə ilk dueldə mübarizəni dayandırıb. Şimal qonşumuz Hüseyni 4 dəqiqə 25 saniyəyə məğlub edib. İdmançımız 1 yuko buraxdıqdan sonra ippona düşüb.


81 kq
Olimpiya çempionumuz Elnur Məmmədlinin zədə səbəbində qatılmadığı yarışda ölkəmizin idman şərəfini Tural Səfquliyev qoruyur. O da Rəhimli kimi yarışa 1/16 finaldan qatılıb. İdmançımız ilk görüşdə Sven Mareşlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz rəqibini cəmi 45 saniyə ippona salıb.

İdmançımız 1/8 finalda ukraynalı Vitali Dudçiklə qarşılaşıb. Tural 3 dəqiqə 323 saniyədən sonra ippona düşərək mübarizəni dayandırıb. Bunadək isə ukraynalı hesabına 1 yuko da yazıb.

Qeyd edək ki, çempionatın ilk günündə Nicat Şıxəlizadə (66 kq) 5-ci olduğu halda, Vüqar Şirinli (60 kq) ikinci, Kifayət Qasımova (57 kq) birinci döyüşündə uduzub. Növbəti 2 gündə isə daha 5 idmançımız tatamiyə çıxacaq.