19:28 26-04-2013
news_image
591
DİGƏR NÖVLƏR

Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək

Gənclər və idman naziri Azad Rəhimov və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey Bakıda mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, gələn həftənin əvvəlində baş tutacaq tədbirdə digər qonaqların da iştirakı gözlənilir.

Mətbuat konfransı Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıqla bağlı olacaq. Mətbuat konfransının vaxtı və yeri hələ dəqiqləşməyib.