21:32 28-04-2013
news_image
1302
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yenə sülh bağladı, Rəcəbovun ilk qələbəsi - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın IX günündə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov növbəti sınaq qarşısında olublar.

Qrossmeysterlərimiz bolqarıstanlı və ukraynalı şahmatçılarla görüşüb. Belə ki, Məmmədyarov turnir cədvəlinin lideri Veselin Topalovla Rəcəbov isə Ruslan Ponomaryovla münasibətlərinə aydınlıq gətirib.

Bu dəfə Şəhriyar yenə heçə edib. Teymur isə turnirdə ilk qələbəsini qazanıb.

Digər görüşlərdə isə Peter Leko ilə Sergey Karyakin, Aniş Qiri ilə Rüstəm Qasımcanov sülh bağlayıb. Qata Kamski Fabiano Karuanaya, Aleksandr Morozoviç isə Hikaru Nakamuraya uduzub.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.


IX tur
28 aprel


Veselin Topalov (2771, Bolqarıstan) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (2793, Azərbaycan) - Ruslan Ponomaryov (2733, Ukrayna) – 1:0
Peter Leko (2744, Macarıstan) - Sergey Karyakin (2786, Rusiya) - 0,5:0,5
Qata Kamski (2741, ABŞ) - Fabiano Karuana (2772, İtaliya) - 0:1
Hikaru Nakamura (2767, ABŞ) - Aleksandr Morozoviç (2758,Rusiya) - 1:0
Aniş Qiri (2727, Hollandiya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan) - 0,5:0,5


Xal durumu: Topalov – 6, Karuana – 5,5, Ponomaryov, Nakamura, Karyakin – 5, Kamski, Morozoviç, Məmmədyarov, Rəcəbov, Leko, Qiri – 4, Qasımcanov,– 3,5.