21:37 29-04-2013
news_image
1343
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Məmmədyarov yenə uduzdu - YENİLƏNİB

Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın X günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıblar.

Qrossmeysterlərimiz rusiyalı və amerikalı şahmatçılarla qarşılaşıb. Belə ki, Rəcəbov Aleksandr Morozoviçin, Məmmədyarov isə Hikaru Nakamuranın zəkasını yoxlayıb.

Görüşdə təmsilçilərimiz növbəti dəfə məğlubiyyətlə üzləşib.

Digər görüşlərdə isə Fabiano Karuana turnir cədvəlinin lideri Veselin Topalova, Sergey Karyakin Qata Kamskiyə uduzub. Rüstəm Qasımcanovla Ruslan Ponomaryov və Aniş Qiri ilə Peter Leko isə heç-heçə edib.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

X tur
29 aprel


Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Ruslan Ponomaryov (2733, Ukrayna) – 0,5:0,5
Aleksandr Morozoviç (2758,Rusiya) - Teymur Rəcəbov (2793, Azərbaycan) – 1:0
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Hikaru Nakamura (2767, ABŞ) – 0:1
Fabiano Karuana (2772, İtaliya) - Veselin Topalov (2771, Bolqarıstan) – 0:1
Sergey Karyakin (2786, Rusiya) - Qata Kamski (2741, ABŞ) – 0:1
Aniş Qiri (2727, Hollandiya) - Peter Leko (2744, Macarıstan) – 0,5:0,5


Xal durumu: Topalov – 7, Nakamura – 6, Karuana, Ponomaryov – 5,5, Karyakin, Morozoviç, Kamski – 5, Leko, Qiri – 4,5, Məmmədyarov, Rəcəbov, Qasımcanov – 4.