08:45 29-04-2013
news_image

Boksçumuz Polşada gümüş medal qazandı

Polşanın paytaxtı Varşavada boks üzrə keçirilən ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 22 ölkənin idmançılarının qatıldığı yarışda Azərbaycan millisinin üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da mübarizə aparıb.

Alekseyevna finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Bu səbəbdən idmançımız 2-ci yerlə kifayətlənib.