13:15 29-04-2013
news_image
619
DİGƏR NÖVLƏR

AOK prezidenti sabah Bakıda mətbuat konfransı keçirəcək

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun birgə keçirəcəyi mətbuat konfransının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, tədbir sabah saat 14:00-da “Hilton” otelində olacaq.

Tədbir I Yay Avropa Oyunlarına həsr olunacaq. Burada yarış çərçivəsində baş tutacaq idman növlərinin adına aydınlıq gələcəyi, həmçinin Oyunların keçiriləcəyi arenalar müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, AOK Qiymətləndirmə Komissiyası hazırda Bakıdadır. Onlar paytaxtımıza Avropa Oyunlarına hazırlıqla tanış olmaq üçün səfərə gəliblər.