14:51 29-04-2013
news_image
1478
DÖYÜŞ NÖVLƏRİ

Taekvondo Federasiyası qalibləri mükafatlandırdı

Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş taekvondo üzrə böyüklər arasında Sumqayıt şəhər açıq çempionatı başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışdan öncə turnirin rəsmi açılış mərasimi keçirilib.

Sumqayıt şəhər Gənclər və İdman Baş idarənin rəisi Musa Həsənov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezident Nağı Səfərov və ölkəmizdə səfərdə olan Dünya Taekvondo Federasiyası Akademiyasının rəhbəri Jin Suk Yang iştirakçılar qarşısında çıxış edib, turnirlə bağlı fikirlərini açıqlayıblar.

Ardınca yarışa start verilib. Qalib adı uğrunda paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrindən 140-a yaxın idmançı gücünü yoxlayıb. 2 gün davam edən yarış gərgin mübarizə ilə yadda qalıb.

Olimpiya İdman Kompleksində keçirilən turnirin mükafatçılarına Sumqayıt şəhər İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən diplom, medal və müxtəlif hədiyyələr təltif olub.

Mükafatçılar aşağıdakı kimidir:

54 kq
1. Natiq Abdullayev (Savalan)
2. Xaliq Umudov (Qala)
3. Kənan Tağıyev (Zenit)
3. Süleyman Süleymanov (12 saylı)

58 kq
1. Məcid Sofiyev (Sumqayıt)
2. Ruslan Abbasov (Ağcabədi)
3. Cavid Qafarlı (Azəri)
3. Yusif Hüseynli (Sumqayıt)

63 kq
1. Pərvin Əliyev (Sumqayıt)
2. Habil Səttarov (Ağcabədi)
3. Əli Axundov (12 saylı)
3. Cəmaləddin Əliyev (Sərhədçi)

68kq
1. Fariz Əliyev (Sumqayıt)
2. Nicat Əliyev (Azəri)
3. Bəxtiyar Tağıyev (Sumqayıt)
3. Saməddin Əliyev (Sərhədçi)

74 kq
1. Namaz Heydərov (Azəri)
2. Beyrək Bağırov (Gəncə)
3. Ziya Qasımov (Dinamo)
3. Mehdi Orucəliyev (Sumqayıt)

80 kq
1. Elvin Məmmədov (Dinamo)
2. Səid Quliyev (2 saylı)
3. Ramin Abdullayev (Azəri)
3. Sənan Babayev (2 saylı)

+87 kq
1. Ceyhun Həsənli (Qafqaz)
2. Orxan Qasımov (Fateh)
3. Seyidəzim Bədirxanlı (Azəri)
3. Bayraməli Vəliyev (Azəri)

Qadınlar
49kq
1. Patimat Abakarova (Ulduz)
2. Təranə Məmmədova (Neftçi)
3. Mirxanım Ağayeva (2 saylı)
3. Surə Fərəcli (ƏFA)

57 kq
1. Səbinə Mikayılova (Neftçi)
2. Fərqanə Məmmədova (Qax)
3. Zeyvi Kərimova (Azəri)
3. Günay Ağayeva (Qafqaz)

67 kq
1. Marina Tedeyeva (Ulduz)
2. Yelena Abbasova (Sumqayıt)
3. Aytən Səmədli (Azəri)
3. Günel Həsənzadə