14:49 30-04-2013
news_image
1839
DİGƏR NÖVLƏR

Avropa Oyunları ilə bağlı Əməliyyat Komitəsi yaradıldı

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Əməliyyat Komitəsi Olimpiya Kəndində fəaliyyət göstərəcək: “Hazırda müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar. Çalışırıq ki, ekspertlər olimpiya oyunları keçirmə təcrübəsinə malik olsunlar. Məsləhətçi vəzifəsinə Daq Arnot dəvət olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində rəhbər vəzifələrdə yer aldığından, böyük təcrübəyə malikdir. Digər vəzifələrə də namizədlərə baxılır, onlarla da müqavilə bağlanılacaq. Mütəxəssislər azərbaycanlı gənclərlə birgə işləyəcəklər. Gənclərimiz bunun sayəsində birgə böyük təcrübə toplayaraq, özləri də gələcəkdə yarış keçirmək üçün lazımi biliyə malik olacaqlar”.