09:30 01-05-2013
news_image
1051
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun inamsız çıxışına FİDE-dən cavab

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may ayı üçün açıqlanan siyahı Azərbaycan şahmatçıları üçün çox uğursuz alınıb.

Belə ki, son cədvəldə ilk “onluq”da 2 azərbaycanlı yer aldığı halda bu dəfə onların heç biri mövqeyində qal bilməyib. Çıxış etdiyi yarışlarda inamsız təsir bağışlayan, əvvəlki formasından çox uzaq olan Teymur Rəcəbov bir-birə 10 pillə geriləyib. O, 4-cü yeri 14-cü pilləyə dəyişib. Rəcəbovun aktivində 2745 xalı var.

Yığmamızın digər lideri Şəhriyar Məmmədyarov da geriləməkdə davam edir. Ötən ay 9-cu pilləni 10-a dəyişən qrossmeysterimiz bu dəfə 13-cü yerə düşüb. Həmyerlimiz 2753 xala malikdir.

“Top-100”də yer alan Rauf Məmmədov isə artıq bu siyahıda yoxdur. Apreldə 85-ci yerdə olan zəka sahibimiz bu dəfə ən güclü “yüzlük”dən də geri qalıb.

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. 25 yaşlı norveçli Maqnus Karlsenin (2868) başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2813) ikinci, rusiyalı Vladimir Kramnik (2811) üşüncüdür.