12:29 01-05-2013
news_image

Yığmamız Türkiyədən 12 medalla qayıtdı

Türkiyənin İzmir şəhərində yeniyetmə və gənc cüdoçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi vətənə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla qayıdıb.

Bu nəticə ilə 11 saylı Uşaq Gənclə İdman Məktəbi (UGİM) və “Neftçi” İSM-in cüdoçularından təşkil olunan yığmamız komanda hesabında bütün rəqiblərini qabaqlayıb. Millimizin heyətində isə əsasən UGİM təmsilçiləri fərqləniblər. Vahid Tanrıverdiyevin başçılıq etdiyi komandadan Nicat Məmmədli (30 kq), Sübhan İsrafilli (34 kq), Fuad Mirzəyev (55 kq), Əli Bayramlı (60 kq) qızıl, Səfər Şükürov (38 kq), Xəlil Cəlilzadə (+60 kq) gümüş və Cavidan Dadaşov bürünc medala layiq görülüblər.