15:05 01-05-2013
news_image
645
DİGƏR NÖVLƏR

Kristof Şvaytser: Medalı atama həsr edirəm

“Qalib olduğum üçün fəxr edirəm. Biz komanda kimi çox güclüyük”. Apasport.az saytının məlumatına görə, bunu "Synergy Baku"nun üzvü Kristof Şvaytser deyib.

Komandamızın almaniyalı velosipedçisi bu gün Bakıda start götürən “Tour d’Azerbaidjan” beynəlxalq turnirinin ilk mərhələsinin qalibi olub.

Mükafatlandırma mərasimindən sonra keçirilən mətbuat konfransında Şvaytser qələbəsini şərh edib: “Bu, böyük nailiyyətdir və "Synergy Baku"nun uğurudur. Məqsədimiz 1 mərhələni udmaq idi. Onu da ilk gündəcə bacardıq. Sonrakı mərhələlərdə də uğurumuzu davam etdirməyə çalışacağıq”.

Şvaytser bildirib ki, sabah dağ mərhələsi start götürəcək və burada qalib gəlmək hər bir idmançı üçün çətindir. O qazandığı medalı isə atasına həsr etdiyini açıqlayıb: “Sabahkı tur bir qədər çətindir. Lakin yenə qalib olaraq, mavi köynəyimi qorumağa çalışacam. Medalıma gəlincə, onu atama həsr edirəm. Çünki bu gün onun ad günüdür”.