23:05 01-05-2013
news_image
950
DİGƏR NÖVLƏR

Naxçıvanda Paralimpiya İdman Festivalı başladı

Naxçıvanda mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı başlayıb. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, festivala paytaxt Bakıdan 80 nəfərə yaxın böyük nümayəndə qatılıb. Burada, həmçinin 30-a yaxın yerli paralimpiyaçı da mübarizə aparacaq. 17 ildə ilk dəfə baş tutan belə möhtəşəm festivalda 9 növ üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışın açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış ediblər.