15:58 02-05-2013
news_image
579
DİGƏR NÖVLƏR

“Başa düşdüm ki, qalib ola bilərəm”

“Bu gün çox çətin mərhələ oldu. Məsafənin ilk kilometrlərindən liderlər qrupunda yer aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Torku Şəkərspor” klubunun üzvü Sergey Qreçin deyib.

“Tour d’Azerbaidjan”ın 2-ci mərhələsinin qalibi olan 34 yaşlı velosipedçi qələbəsinin sirrini açıqlayıb: “Sonradan sıçrayış qrupu ilə birlikdə əsas peletondan uzaqlaşdıq. Bunda fiziki durumumun yaxşı olmasının da rolu böyükdür. Bu yaxınlarda 12 kq çəki atmaqla durumumu yaxşılaşdırmışdım. Finişə yaxın başa düşdüm ki, mərhələnin qalibi ola bilərəm. Məsafənin sonlarında 5 nəfər qalmışdıq. Həmlə edib rəqiblərimi arxada qoymaqla birinci olmağı bacardım”.