16:10 02-05-2013
news_image
575
DİGƏR NÖVLƏR

“Liderliyi geri qaytarmağa çalışacağıq”

“Komanda hesabında liderliyi əldən verdik. Yarış ərəfəsində komandamızın liderini itirməyimizin bunda rolu oldu. Qarşıdakı 3 mərhələdə liderliyi geri qaytarmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Synergy Baku”nun üzvü Aleksandr Surutkoviç deyib.

Azərbaycan klubunun legioneri “Tour d’Azerbaidjan”ın II mərhələsində 2-ci olmasına sevindiyini gizlətməyib: “Sevinirəm ki, şəxsi hesabda mərhələnin ikincisi oldum. Ümid edirəm ki, qarşıdakı mərhələlərdə də uğurla çıxış edəcəyik. İlk mərhələdə Kristof Şvaytser qalib oldu. İndi də mən 2-ci. Növbəti mərhələlərdə də komandamızın üzvlərinin uğur qazanacağına ümid edirəm. Kütləvi finiş olanda Kristof bundan yararlanmağa çalışacaq. Sıçrayışla fini xəttini keçmək üçün də güclü idmançılarımız var”.