16:23 02-05-2013
news_image
576
DİGƏR NÖVLƏR

“Güclü və təcrübəli idmançılara uduzmuşam”

“Bu mərhələ mənə kifayət qədər tanış idi. Çünki ötən il də bu yarışda iştirak etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan” velosiped yürüşünün II mərhələsində 3-cü yeri tutan Baxtiyar Kojotayev deyib.

Qazaxıstanın “Astana” klubunun üzvü bu nəticədən narazı qalsa da, liderlərin təcrübəli olması ilə təsəlli tapıb: “Yola da bələd idim. Məşqçimiz mənə və komanda yoldaşıma tapşırmışdı ki, sıçrayış qrupuna düşək. Biz də bunu bacarıb həmin qrupda yer aldıq. Təəssüf ki, finişdə uduzdum. Lakin geri qaldığım hər 2 idmançı kifayət qədər güclü və təcrübəlidir”.