08:10 03-05-2013
news_image

Taekvondoçuların ümumrespublika turniri start götürdü

Yeniyetmə və gənc taekvondoçular arasında mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş V ənənəvi ümumrespublika turnirinə start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun, eləcə də Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının birgə təşkil etdiyi yarışa bölgələrimizdə fəaliyyət göstərən idmançılar qatılıblar. Mayın 5-nə kimi davam edəcək yarış Masalı Olimpiya İdman Kompleksində keçirilir. Turnirdə gənclər və yeniyetmə taekvondoçular bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən edildikdən sonra idmançılar Azərbaycan Taekvondo Federasiyası, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialı tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.