08:13 03-05-2013
news_image

Yığmamızın İspaniya sınağı

Taekvondo üzrə böyüklərdən və gənclərdən ibarət Azərbaycan millisi İspaniyaya yollanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd “Spanish Open”də iştirak etməkdir.

Alikante şəhərində bu gün startı veriləcək turnirə federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevinin rəhbərliyi altında 21 idmançı qatılacaq. Belə ki, İspaniyada kişilərdən ibarət əsas yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev və heyətin böyük məşqçisi Elnur Amanov Samir Aydınov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov (63 kq), İlkin Sahbazov, Elvin Məmmədov (hər ikisi 74 kq), Ramin Əzizov (80 kq) və Aydın Bəhməlova (87 kq) şans verəcək.

Qadınlardan ibarət seçmə komandanın baş məşqçisi Gündüz Abdullayev açıq çempionatda Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq), Darya Gorbaçeva (62 kq) və Marina Tedeyevanın (73 kq) gücünü yoxlayacaq. Məmməd Abdullayev isə A kateqoryalı yarışda Kamil Abdulrazakov (48 kq), Məhəmməd Məmmədov (55 kq), Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq), Nərminə Məmmədova, Selin Pomak (hər ikisi 44 kq) və Öznur Güvan (49 kq) kimi gənclərimizi sınaqdan keçirəcək.

Qeyd edək ki, yarışa mayın 5-də yekun vurulacaq. Yığmamız isə səfərə 1 həftəlik yollanıb.