11:14 03-05-2013
news_image
893
DİGƏR NÖVLƏR

“Bakıda möcüzəvi qonaqpərvərliklə üzləşdim”

“Mən “Tour d’Azerbaidjan”da iştirakı böyük səbirsizliklə gözləyirdim. Bu yürüşdə çıxış etməyi çox istəyirdim və əlbəttə, qarşımızda müəyyən vəzifələr vardı. Ancaq çox təəssüf ki, aldığım zədə üzündən iştirakım baş tutmadı”. Apasport.az saytının məlumatına görə, “Synergy Baku Cycling Project” velosiped klubunun üzvü Kirill Pozndyakov deyib.

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d’Azerbaidjan”da iştirak etməli olan təcrübəli idmançı son anda kənarda qaldı. Artıq ölkəmizi tərk edən Kirill tezliklə sağalacağına inanır: “Mən hazırda Belçikadayam, ancaq bütün ürəyimlə komandanın yanındayam və ona çox inanıram. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Pozdnyakov ölkəmizdə gördüyü münasibət haqda xoş sözlər deyərək, Bakının müasirliyindən heyrətləndiyini bildirib: “Fikrimcə, şəhər müasir üslubla və xalqın mədəniyyətini, tarixini özündə cəmləşdirir. Möcüzəvi qonaqpərvərlik, bütün komandanın üzvlərinə həmişə hörmət göstərilirdi. Komandamızın təqdimatı necə keçirildi! Bu, ən yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçıların peşəkarlığı və münasibəti məni heyrətləndirdi. Təqdimatda hörmətli sponsorlarımız, komandamızın rəhbərliyi, qonaqlar komandanın üzvləri ilə birgə əvvəlki veloyürüşlər – “Tour de Langkawi” (Malayziya), “Tour de Taiwan” (Tayvan), haqda fikir mübadiləsi apardı”.