14:35 03-05-2013
news_image
629
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan”: Ən yaxşılar müəyyənləşdi

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsindən sonra müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə digərlərindən fərqli formada çıxacaq 5 idmançının kimliyinə aydınlıq gəlib. Fərqlənənlərdən ikisi Azərbaycan təmsilçisi “Synergy Baku”nun üzvləridir.

Mavi forma (lider) – Sergey Qreçin (“Torku Şəkərspor”, Türkiyə)
Yaşıl forma (ən yaxşı sprinter) – Kristof Şvaytser (“Synergy Baku”, Azərbaycan)
Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) - Rikardo Vieyra (“Efapel”, Portuqaliya)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Baxtiyar Kojotayev (“Astana”, Qazaxıstan)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Elçin Əsədov (“Synergy Baku”, Azərbaycan)