15:23 03-05-2013
news_image
470
DİGƏR NÖVLƏR

Vitali Popkov: 1-ci yeri haqq etdim

“Yürüşün sonuna yaxın 8 velosipedçidən ibarət liderlər qrupu formalaşmışdı. Ancaq sonda belçikalı Stiv Brooksla birgə irəli atıldıq və finişə 1-ci mən çatdım”. Apasport.az saytının məlumatına görə, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin qalibi Sergey Popkov deyib.

Ukraynanın “ISD Continental Team” klubunun üzvü 25 komanda arasında mübarizənin 3-cü günündə hamından güclü olub. Belə ki, Vitali Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdış üzrə 165 km-lik marşrutda fərqlənib: “Bu, tək mənim yox, bütün komandamızın qələbəsidir. Sevinirəm ki, qalib indi mən oldum. Bu, mənim haqqım idi”.