15:36 03-05-2013
news_image
656
DİGƏR NÖVLƏR

“Əsas məqsədim mavi formanı komandamızda saxlamaq idi”

“Əsas məqsədim mavi formanı komandamızda saxlamaq idi. Komanda yoldaşlarım bu yöndə məni dəstəkləyirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsindən sonra mavi formanın sahibi Sergey Qreçin deyib.

Şəxsi hesabda lider olan Türkiyənin “Torku Şəkərspor” klubunun velosipedçisi mavi formanı qorumaq istəyinin böyük olduğunu bildirib: “Çalışacağıq ki, buna sona kimi nail olum. Buna ümid edirəm. Təşkilatçılıq yüksək səviyyədədir, rəqabət gərgindir. Fikrimcə, qazandığımız nəticə xeyrimizə olacaq”.