15:48 03-05-2013
news_image
652
DİGƏR NÖVLƏR

“Çalışacağıq ki, liderliyimizi sona kimi saxlayaq”

“Sabah yarışın dağ mərhələsi keçiriləcək. Burada enişli-yoxuşlu yollar üstünlük təşkil edəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsində ən yaxşılar arasında olan Portuqaliyanın “Efapel” klubunun üzvü Rikardo Vieyra deyib. Qırmızı formanın sahibi olan idmançı ən yaxşı dağ yürüşçüsü sayılır.

Vieyra qırmızı formanı əldən buraxmaq fikrində deyil: “Üstünlüyümüz ondadır ki, dağ mərhələsində ilk 2 pillənin sahibi bizim komandamızın üzvləridir. Biri mən, digər komanda yoldaşımdır. Çalışacağıq ki, liderliyimizi sona kimi saxlayaq”.