16:11 03-05-2013
news_image
803
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Madridə gedəsi olmadı

Sabah şahmat üzrə Qran-pri çərçivəsində 4-cü turnirin keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə idmançılar Yunanıstanın Saloniki şəhərində mübarizə aparacaq. Bunu FİDE-nin prezidenti Kirsan İlyumjinov təsdiqləyib.

O, ilkin olaraq İspaniya paytaxtı Madriddə keçirilməsi planlaşdırılan yarışın Yunanıstanda baş tutacağını bildirib. Bu turnir mayın 22-dən iyunun 4-dək keçiriləcək.

Qran-pridə Azərbaycanın 1 qrossmeysteri də iştirak edəcək. Belə ki, Teymur Rəcəbov da Yunanıstandakı yarışda iştirak etməlidir. İlk 3 turnirə qatılan Şəhriyar Məmmədyarov bu dəfə istirahət edəcək.

Həmyerlilərimizin rəqibi Aleksandr Morozoviç, Aleksandr Qrişuk, Pyotr Svidler (hamısı Rusiya) Fabiano Karuana (İtaliya), Veselin Topalov (Bolqarıstan), Hikaru Nakamura, Qata Kamski (hər ikisi ABŞ), Ruslan Ponomaryov (Ukrayna), Rüstəm Qasımcanov (Özbəkistan), Vasili İvançuk (Ukrayna), Leynier Dominges (Kuba) olacaq. İştirakçılar 11 turdan ibarət olacaq turnirdə qüvvəsini sınayacaq.