13:06 04-05-2013
news_image
740
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun üzvü qırmızı formaya sahib çıxdı

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun IV mərhələsindən sonra müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, indiyə kimi olan ən yaxşılar yenə fərqləniblər. Yalnız dağ təsnifatında 1 dəyişiklik olub.

Belə ki, “Synergy Baku”nun üzvü Konnor Makkonvey qırmızı formaya sahib çıxıb. O, bu formanı Portuqaliyanın “Efapel” klubunun velosipedçisi Rikardo Vieyradan alıb. Bununla da fərqlənənlərdən üçü Azərbaycan təmsilçisi üzvləri olub.

Mavi forma (lider) – Sergey Qreçin (“Torku Şəkərspor”, Türkiyə)
Yaşıl forma (ən yaxşı sprinter) – Kristof Şvaytser (“Synergy Baku”, Azərbaycan)
Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) – Konnor Makkonvey (“Synergy Baku”, Azərbaycan)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Baxtiyar Kojotayev (“Astana”, Qazaxıstan)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Elçin Əsədov (“Synergy Baku”, Azərbaycan)