13:54 04-05-2013
news_image
733
DİGƏR NÖVLƏR

“Sonda düzgün addım atdım”

“Ön qrupdakı velosipedçilər elə də uzaqda deyild. Komanda yoldaşımla bir yerdə idik. O, mənə kömək edirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin qalibi olan Lüksemburqun “Leipard-Trek” klubunun üzvü Yan Hirt olub.

Dağ mərhələsində 1-ci olan velosipedçi son yoxuşda irəli atılmağa qərar verərək, bunun bəhrəsini gördüyünü bildirib: “Fikrimcə, bu, düzgün addım idi. Çempionluğuma sevinirəm. Sabahkı son mərhələdən çox şey asılı olacaq”.