14:09 04-05-2013
news_image
979
DİGƏR NÖVLƏR

Konnor Makonvey: 2-ci yer adamı məyus edir

“Komandamızın taktikası ondan ibarət idi ki, hər turda 2 nəfər mükafatçılar sırasında yer alsın. Bu dəfə mənim adım göstərilmişdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsində 2-ci olan “Synergy Baku”nun üzvü Konnor Makkonvey deyib. O, məşçqilərindən ön qrupa yaxın olmağı ilə bağlı göstəriş aldığını bildirib: “Mən də belə etdim. Düzdür, 2-ci yer adamı məyus edir. Ancaq mərhələnin qalibi Yan Hirt son yoxuşda, çox dik olan yamacda fəal idi və layiqli qələbə qazandı”.

Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı formaya sahib olan Azərbaycan təmsilçisi uğurun bu mərhələdə olacağını gözləmirmiş: “Bu, som mərhələ öncəsi vacib qələbələrdən biridir. Onda təkcə mənim yox, hamının uğuru var”.