14:52 04-05-2013
news_image
730
DİGƏR NÖVLƏR

Kristof Şvaytser: Sabah da özümü yaxşı göstərməyə çalışacağam

“Taktikamız 1 velosipedçimizi ön qrupa daxil etmək idi. Ümid edirəm ki, bu, komanda yoldaşım Konnor McKonvey olacaq. O da bunu bacardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinin ən yaxşı sprinteri Kristof Şvaytser deyib.

Yaşıl formanın sahibi 10 kilometrdə ön qrupdan elə də ayrılmadığını bildirib: “Qərara gəldik ki, sprint finişində öncə keçim. Bunu bacardım və formamı saxladım. Komanda yoldaşlarım mənə dəstək verdi. Sabah da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”