13:08 05-05-2013
news_image
1128
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan” başa çatdı - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yürüşün son – V mərhələsi Bakıda keçirilib.

Velosipedçilər 146 km uzunluğu olan mərhələni Azadlıq meydanından başlayıblar. Onlar ardınca Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında finiş xəttinə çatıblar.

Son mərhələnin qalibi Tomas Vaitkus (Litva yığması) olub. İkinci yeri “Leopard-Trek”in (Lüksemburk) üzvü Sean De Bye tutub. İlk “üçlüyü” isə “Rabobank”dan (Hollandiya) Konstant Qodrye qapayıb.

Qeyd edək ki, bundan öncə keçirilən 4 mərhələnin hamısında Azərbaycanın “Synergy Baku” komandasının üzvləri fəxri kürsüdə yer almışdı.