11:04 06-05-2013
news_image
998
STOLÜSTÜ OYUNLAR

“Vüqar Həşimovun səhhəti ölkə rəhbərliyinin diqqətindədir”

“Vüqar Həşimovun səhhəti ilə daim maraqlanırıq. Bu, ölkə rəhbərliyinin də bizim də diqqətimizdədir”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

O, hazırda müalicə olunan gənc qrossmeysterimizin sağalacağına ümid etdiklərini bildirib: “Biz çox əminik ki, Vüqar yaxşı olacaq. Biz də onun sağlamlığı üçün hər şeyi edirik”.