12:00 06-05-2013
news_image

Taekvondoçularımız İspaniyada 4 medal qazandılar

İspaniyada keçirilən taekvondo üzrə “Spanish open” turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən böyüklərdən və gənclərdən ibarət yığmalarımız vətənə 4 medalla qayıdıblar.

A kateqoriyalı turnirdə gənclərdən ibarət millimizin üzvləri - Səid Quliyev (73 kq) və Selin Pomak (44 kq) bütün rəqiblərinə qalib gəlib. Milli komandanın digər üzvlərindən Məhəmmədyasin İbrahimov (58 kq) və Ayxan Tağızadə (63 kq) isə yarışı bürünc medalla başa vurublar.