10:42 07-05-2013
news_image
850
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımızın ilk cəhdi alınmadı

ABŞ-ın Fort Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 2 snayperlə təmsil olunan Azərbaycan millisinin heyətində əvvəlcə hədəf önünə İradə Aşumova çıxıb.

Olimpiya mükafatçımız ilk cəhdində 10 m məsafəni nişan alıb. Lakin yığmamızda baş məşqçi funksiyasını da yerinə yetirən xanım idmançı mükafatçılar sırasına düşə bilməyib. O, 380 xalla 14-cü yeri tutub. Aşumova 25 m məsafəyə atəşaçmada da dəqiqliyini yoxlayacaq.

Komandamızın digər üzvü Ruslan Lunyov isə hələ mübarizəyə qoşulmayıb. O, 10 m, 25 m və 50 m məsafələrə atəşaçma yarışlarına qatılacaq.

Qeyd edək ki, Dünya Kuboku mayın 13-də başa çatacaq.